Erməni boksçu hərbi hissədə "qaydasız döyüşlər" təşkil edir


Digərləri 18 Noy 2017 17:54:00 400 0

Erməni boksçu hərbi hissədə "qaydasız döyüşlər" təşkil edir

Ermənistan Silahlı Qüvvələrində xidmətə çağrılan boksçu Qoro Gözəlikyan tank bölüyündə artıq xeyli "məşhurlaşıb". 

Son.az report.az-a istinadən bildirir ki, o, hər cüzi məsələ üstündə əsgər yoldaşlarını döyür.

Artıq Q.Gözəlikyan özünün "qaydasız döyüş yarışlarına" başqa bölmələrin əsgərlərini də cəlb edib. Bu günlərdə onun "qəhrəmanlığı" səbəbindən başqa bölükdə xidmət edən hərbi qulluqçu Qaqik Nersesyan hərbi hospitala düşüb.