İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatının ikinci günü başladı


Digərləri 18 Noy 2017 13:56:00 401 0

İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatının ikinci günü başladı

Bu gün Bakıda Milli Gimnastika Arenasında qadın və kişi idman gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, eləcə də akrobatika gimnastikası üzrə Azərbaycan çempionatının ikinci gününə start verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2 gün davam edəcək turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparacaq. Onlar Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edirlər.

Çempionatın ikinci günü uşaqlar (2004-2005), yeniyetmələr (2002-2004), gənclər (2000-2002) və böyüklər (1999-cu il təvəllüdlülər və daha böyüklər) yaş kateqoriyalarında kişi idman gimnastları, həmçinin 2009-2010-cu il təvəllüdlü qadın idman gimnastları çıxış edəcək.