Zimbabvedə nümayişlər başladı - Muqabenin istefası tələb olunur


Digərləri 18 Noy 2017 13:31:57 268 0

Zimbabvedə nümayişlər başladı - Muqabenin istefası tələb olunur

Zimbabvenin paytaxt küçələrində bu gün etiraz aksiyaları başlayıb.

Bakı. Zimbabvenin paytaxt küçələrində bu gün etiraz aksiyaları başlayıb. Trend-in məlumatına görə, uzun illərdir ölkəni idarə edən Robert Muqabe hakimiyyətindən narazı insanlar onun istefasını tələb edirlər. Etirazçılar dinc nümayiş keçirirlər. Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb. Bundan sonra R.Muqabe istefa verməyəcəyini və seçki keçirilməsini tələb edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin