Yük avtomobili bacıqardaşı xəstəxanalıq etdi VİDEO FOTO


Digərləri 18 Noy 2017 13:22:00 274 0

Yük avtomobili bacıqardaşı xəstəxanalıq etdi  VİDEO  FOTO

Gəncənin Zülfü Hacıyev küçəsində "VAZ 21 015" markalı minik avtomobili yük maşınına çırpılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, qəza nəticəsində 36 yaşlı Kamalə Xudiyeva və onun 29 yaşlı qardaşı xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onlara göstərilən yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Elmar Əliyev - Yük avtomobilinin sürücüsü: "Mənim qarşımdan gələn maşın ötmə əməliyyatı aparırdı. Mən onu görən kimi səkiyə çıxdım. O da gec gördü məni. Tutdu vurdu. Qaçırtmasaydım, tən ortadan tutardı, bəlkə də ölümlə nəticələnərdi".


Xəbərə aid fotolar