Əfqanıstanda qar uçqunu baş verib, 10 nəfər ölüb


Dünya 18 Noy 2017 10:58:00 306 0

Əfqanıstanda qar uçqunu baş verib, 10 nəfər ölüb

Əfqanıstanın şərqindəki Kunar vilayətində qar uçqunu baş verib. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Kunar vilayətinin sözçüsü Əbdul Qəni Musammim məlumat verib.

Onun sözlərinə görə, həmin ərazidə iki gündən çoxdur yağan intensiv qar səbəbindən uçqun olub: "Təbii fəlakət nəticəsində aralarında uşaqların da olduğu 10 nəfər ölüb, 1 nəfər isə yaralanıb".