Məşhur tennisçi ilə erməni milyarderin toyundan FOTOlar


Digərləri 18 Noy 2017 10:32:00 275 0

Məşhur tennisçi ilə erməni milyarderin toyundan FOTOlar

Dünyanın ən populyar qadın tennisçilərindən biri, WTA versiyası ilə sabiq birinci raketka ustası Serena Uilyamsla erməni milyarder, Reddit servisinin sahibi Aleksis Ohanyanın toyundan fotolar yayılıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, dünya idmanın 36 yaşlı superulduzu ilə 34 yaşlı erməni milyarderin toyu ABŞ-ın Nyu-Orlean şəhərindəki "Contemporary Arts Center"də olub.

"Gözəl və çirkin" ("Beauty and the Beast") nağılı stilindəki toy sonradan "Ace Hotel" butik otelindəki 6 saatlıq ziyafətlə sonuclanıb.

Serena Uilyamsın gəlinlik paltarı "Alexander McQueen" brendinin baş dizayneri Sara Bartonun əsəri idi.

Toyun əsas musiqisi də "Gözəl və çirkin "animasiya filmindəki "Tale As Old As Time" mahnısı idi.

Dəvət olunmuş 250 qonağı "Be Our Guest" mahnısının sədaları qarşılayırdı.