Bakıda kütləvi dava:


Digərləri 18 Noy 2017 09:08:00 253 0

Bakıda kütləvi dava:

Paytaxtda kütləvi dava baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində qeydə alınmış hadisə zamanı 2 nəfər bıçaqlanıb.   Paytaxt sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Müşfiq Tofiq oğlu və 1972-ci il təvəllüdlü Kərimov Hidayət Səlim oğlu bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib və cərrahi əməliyyat olunub. Onlardan M.Nəcəfovun vəziyyəti daha ağırdır.   Məlumata görə, həmin şəxslər Ramana qəsəbəsi, Südçülük sovxozu kimi tanınan ərazidə 5 nəfər arasında yaranmış kütləvi dava zamanı bıçaqlanıb.   Hadisə ilə əlaqədar Sabunçu RPİ-nin istintaqçıları araşdırmalara başlayıb.