“Samsung” çərçivəsiz smartfonun kiçik versiyasını yaradacaq


Digərləri 18 Noy 2017 08:15:00 241 0

“Samsung” çərçivəsiz smartfonun kiçik versiyasını yaradacaq

"Samsung" şirkəti çərçivəsiz kompakt cihazlar əldə etməyi arzulayan fanatların arzusunu həyata keçirməyə hazırlaşır.

Son.az lent.az-a istinadən xəbər verir ki, yeni telefon 5 düymdən artıq ölçüsü olmayacaq ekrana malik olacaq.   Bu barədə məlumat "Twitter"in Çin analoqu olan "Weibo" sosial şəbəkəsində axtarışların nəticəsi olaraq bir araşdırmaçı tərəfindən yerləşdirilib.   Təqdim olunan məlumatlara əsasən, burada söhbət "Samsung"un "Infinity Display" flaqman cihazından gedir. Ancaq insayder tərtib edilən cihazın satışa çıxarılacağına şübhə edir.   Eyni zamanda Rusiyada 4 düym ölçü ekranlı "iPhone SE" smartfonu populyarlıq qazanmaqda davam edir. Avqust-sentyabr aylarının nəticələrinə görə, bu cihaz ən çox satılan cihaz olaraq qalmaqdadır.