Bakının bu yeri çox təhlükəlidir VİDEO


Digərləri 17 Noy 2017 22:58:00 243 0

Bakının bu yeri çox təhlükəlidir  VİDEO

Paytaxtda çəkilən yeni yol sürücülər üçün qəza vəziyyəti yaradır. Buna səbəb ərazidə quraşdırılan işiqforlar istifadəyə verilmədən yolun açılmasıdır.

Son.az bildirir ki, yolda yeni yol ayrıcı yaradılsa da, buranı kəsib keçmək mümkün deyil. Çünki ərazidə quraşdırılan işıqforlar işləmir.

Söhbət paytaxtın Xətai rayonunda yeni salınan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindən gedir. Burada yeni salınan yolda düzünə hərəkətin mümkün olduqunu göstərən yol nişanları çəkilsə də, Nobel prospektində hər hansı nişan qoyulmayıb. Üstəlik, işıqforlarda buranın tənizmlənməyən yol ayrıcı olduğunu göstərir. Yəni, bulvar istiqamətindən gələn sürücülərə Nobel prospektini kəsib keçməyə icazə verilir. Bunu etmək isə ərazidə potensial qəza vəziyəti yaradır.

Sürücülərin sözlərinə görə, bir neçə günə kimi bu yolda beton maneələrə olub, onlar götürüldükdən sonra bu problem yaranıb.