Səudiyyə Ərəbistanı həbs edilən şahzadələrin birja hesablarını dondurub


Digərləri 17 Noy 2017 20:02:45 261 0

Səudiyyə Ərəbistanı həbs edilən şahzadələrin birja hesablarını dondurub

Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada ittiham olunaraq həbs edilən şahzadələrin fond birjalarındakı ticarət hesablarını dondurub.

Bakı. Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada ittiham olunaraq həbs edilən şahzadələrin fond birjalarındakı ticarət hesablarını dondurub. Trend-in məlumatına görə, ölkənin sərmayə bazarları rəhbərliyi həbsdə olan şahzadələrin və sahibkarların birja hesablarının dondurulmasını əmr edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ali korrupsiyaya qarşı mübarizə komitəsi noyabrın 5-də aralarında 11 şahzadənin də olduğu nazirlər, hərbçilər və iş adamlarının saxlanılması barədə göstəriş verib. Ümumilikdə 208 nəfər istintaqa cəlb edilib. Həbs edilənlər arasında dünyanın ən varlı insanlardan biri şahzadə Əl-Valid bin Taləl də var. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin