Amerikalı təhsil eksperti ABŞ-ın təhsil texnikası və təcrübəsi ilə bağlı seminarlar keçirib (FOTO)


Digərləri 17 Noy 2017 19:13:00 245 0

Amerikalı təhsil eksperti ABŞ-ın təhsil texnikası və təcrübəsi ilə bağlı seminarlar keçirib (FOTO)

ABŞ səfirliyi təhsil ekspertinin Azərbaycana səfərini maliyyələşdirib.

Bakı. Beynəlxalq Təhsil Həftəsinin qeyd edilməsi ilə əlaqədar, ABŞ-ın Azərbaycandakı səfirliyi Monterey Beynəlxalq Araşdırmalar Mərkəzinin Midlberi (Middlebury) İnstitutundan beynəlxalq təhsil üzrə ekspert Dr. David Vikin bir sıra seminarlarını təşkil edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, seminarlar ali təhsil müəssisələrinə beynəlxalq tərəfdaşlar və tələbələr cəlb etməyə kömək etmək üçün nəzərdə tutulub. Dr. Vik, ABŞ-da və xarici konfranslarda müxtəliflik, daxil etmə, bərabərlik, sosial ədalət, marketinq, məsləhət vermə, menecment mübadiləsi, hərtərəfli beynəlxalqlaşdırma, proqram dizaynı və tədris mövzularında təhsil sessiyaları və seminarlar verib. Azərbaycana səfəri Dr. Vikə bir neçə Azərbaycan universitetinin nümayəndələri ilə ABŞ-ın təhsil texnikası, təcrübəsi və ən yaxşı təcrübələrini bölüşmə imkanı verib. Seminarlar ABŞ səfirliyi və Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzi və ADA Universitetində keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin