Strateji yol xəritəsinin icrası istiqamətində tələbələrə təlim keçirilib


Digərləri 17 Noy 2017 18:55:00 262 0

Strateji yol xəritəsinin icrası istiqamətində tələbələrə təlim keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları Strateji yol xəritəsinin icrası istiqamətində tələbələrə təlimlər keçiblər.

Bakı. Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları Strateji yol xəritəsinin icrası istiqamətində tələbələrə təlimlər keçiblər. Palatadan Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Azərbaycan Mühəndislik Universitetinin İqtisadiyyat fakültəsində, 17 noyabr tarixində Azərbaycan Neft və Sənaye Universitetində Palatanın mütəxəssisləri tərəfindən "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlimlər keçirilib. Tələbələr tərəfindən böyük maraqla qarşılanan təlimlərdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarından maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat ilə çıxış edən mütəxəssislər seminarda iştirak edən tələbələrin çoxsaylı suallarını cavablandırıblar. İnterraktivlik və diskussiyalarla zəngin olan bu tədbirlərin ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin