İranda zəlzələ nəticəsində dəyən maddi ziyanın miqdarı açıqlanıb


Dünya 17 Noy 2017 18:42:01 312 0

İranda zəlzələ nəticəsində dəyən maddi ziyanın miqdarı açıqlanıb

Təbii fəlakət nəticəsində 550 nəfər ölüb, 7 mindən çox sakin xəsarət alıb

İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində Tehrana 5 milyard avro ziyan dəyib.

Bu barədə “Report” İsrail KİV-nə istinadən xəbər verir.

Xatırladaq ki, noyabrın 12-də İranın Kermanşah və Ellam əyalətlərində baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində 550 nəfər ölüb, 7 mindən çox sakin xəsarət alıb.