UNICEF-in regional direktoru ilk dəfə Azərbaycana səfər edəcək


Digərləri 17 Noy 2017 14:46:48 225 0

UNICEF-in regional direktoru ilk dəfə Azərbaycana səfər edəcək

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Əfşan Xan 20-22 noyabr tarixlərində ilk dəfə Azərbaycanda rəsmi səfərdə olacaq.

Bakı. UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Əfşan Xan 20-22 noyabr tarixlərində ilk dəfə Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Trend-ə UNICEF-in Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib. Ə.Xan Azərbaycanın yeni iqtisadi inkişaf və yeni qlobal Dayanıqlı İnkişaf Proqramını yönəltmək üçün göstərdiyi səylər kontekstində uşaqlarla bağlı irəliləyişi müzakirə etmək məqsədilə yüksək vəzifəli dövlət məmurları, ictimaiyyət nümayəndələri və gənclərlə görüşəcək. Ə.Xan səfərinə noyabrın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF tərəfindən birgə təşkil olunacaq 4-cü Milli Uşaq Forumunun açılışı ilə başlayacaq. Forum Beynəlxalq Uşaqlar Günündə, Azərbaycanın 1992-ci ildə ratifikasiya etdiyi Uşaq Hüquqları Konvensiyasının UNICEF tərəfindən qəbul edilməsinin ildönümündə keçiriləcək. Bu ilki Dünya Uşaqlar Gününün mövzusu “Uşaqlar səlahiyyətləri təhvil alırlar”dır. Bu, dünyadakı uşaqları həmyaşıdlarının üzləşdiyi problemlərə dair şəxsi ideya, fikir və innovasiyalarını bölüşmək üçün bir günlük böyüklərin rolunu üzərilərinə almağa dəvətdir. Ə.Xan səfəri zamanı bütün uşaqları öz ailələrinin, icmalarının və xalqlarının gələcəyinə davamlı töhfə verməyə qadir vəziyyətə gətirmək üçün onlara bacarıqlar öyrətmənin və imkanlar təmin etmənin vacibliyini vurğulayacaq. O, uşaqlara, xüsusilə, ən həssas vəziyyətdə olan və qayğıdan məhrum olmuş uşaqlara qoyulan investisiyanın dayanıqlı iqtisadi inkişafı, çiçəklənməni və hər kəs üçün imkanları necə dəstəkləyəcəyi barədə danışacaq. Qeyd edək ki, Ə.Xan 28 il beynəlxalq səviyyəli dövlət məmuru vəzifəsində çalışıb. Əvvəlki illərdə o, UNICEF-in Fövqəladə Hal Proqramlarının direktoru olub, həmçinin Dövlət sektoru alyansları və resursların səfərbər edilməsi üzrə direktor, Şərqi və Cənubi Afrika üzrə Regional direktorun müavini vəzifələri də daxil olmaqla, digər rəhbər vəzifələri tutub. Ə.Xan həmçinin, UNICEF-in Yamaykadakı Nümayəndəsi olub. UNICEF həyata keçirdiyi istənilən fəaliyyətdə uşaqların hüquqlarını və rifahını dəstəkləyir. Qurum bu öhdəliyi həyata keçirmək üçün tərəfdaşlarla birgə 190 ölkədə çalışırıq. Dünyanın istənilən yerində yaşayan uşaqların maraqları naminə, bu fəaliyyətin diqqət mərkəzində ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlara əlçatanlığı təmin etmək üçün xüsusi səylər dayanır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin