Zimbabvedə hərbçilər Robert Muqabenin bir neçə yaxın adamını həbs ediblər


Dünya 17 Noy 2017 13:51:23 304 0

Zimbabvedə hərbçilər Robert Muqabenin bir neçə yaxın adamını həbs ediblər

Hərbçilər: “Əməliyyatlar nəticəsində çox əhəmiyyətli uğurlar əldə etdiyimiz bildirmək istəyirik”

Zimbabvedə hərbçilər prezident Robert Muqabenin yaxın ətrafına daxil olan bir neçə nəfəri həbs ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, hazırda hərbçilər ölkə paytaxtı Harareyə nəzarət edirlər.

“Əməliyyatlar nəticəsində çox əhəmiyyətli uğurlar əldə etdiyimizi bildirmək istəyirik. Biz cinayətkarların bəzilərini tutumuşuq, təəssüf ki, onların  bir neçəsi gizlənib”, - hərbçilər bildiriblər. 

Həbs olunanların siyahısı açıqlanmasa da, onların Prezident Robert Muqabenin yaxın ətrafına daxil olan şəxslər olduğu qeyd edilib.