“Azərbaycanda film çəkmək üçün bir mən lazımam, bir də üçmərtəbəli villa” Pərvin Abıyeva VİDEO FOTO


Şou-biznes 17 Noy 2017 13:10:00 321 0

“Azərbaycanda film çəkmək üçün bir mən lazımam, bir də üçmərtəbəli villa”  Pərvin Abıyeva  VİDEO  FOTO

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib.

Aktrisa onu tənqid atəşinə tutanlarla hər zaman mübarizə apardığını desə də, artıq həmin tənqidlərin öhdəsindən gəlməkdə çətinlik çəkdiyini etiraf etdi:

"Türklər demişkən, çox acımasız tənqid edirlər. Çox vaxt tənqiddən təhqirə keçirlər. Çalışıram, bacardığım qədər susum, amma bəzi nüanslar var ki, artıq susa bilmirsən. Ya cavab yazırsan, ya da qanuni yollara əl atırsan. Düşünürəm ki, bu öhdəsindən gəlinəcək bir şey deyil artıq. Mumkün deyil". 

Ətrafdakıların fikrinin elə də önəmli olmadığını deyən Pərvin yalnız öz qaydaları ilə yaşadığını söylədi: "Yaxınlarım da bilirlər ki, mənim özüməxas qayda-qanunlarım var. Qanun-qayda ilə yaşayan insanam. Ancaq öz qaydalarımla. Ətrafın fikri mənim üçün önəmli deyil. Çünki onlara baxsam, artıq öz həyatımı yaşamayacam, başqaları üçün yaşamış olacam". 

Açıq-saçıq səhnələrə çəkilmək üçün Pərvin Abıyevaya təkliflər gəlsə də, aktrisa həmin təkliflərə hər zaman rədd cavabı verdiyini bildirdi: "Adım elə çıxıb ki, guya mən açıq-saçıq səhnələrə çəkilmişəm. Mənim bu günə kimi oynadığım heç bir filmdə açıq-saçıq səhnə yoxdur. Bəzi danışıqlar ola bilər, o da ki normaldır. Əgər küçə qızını oynayırsansa, məcbursan ki, küçə danışıqları danışasan. Küçə qızı aristokrat danışa bilməz. Açıq-saçıq səhnə təklifləri gəlib, ancaq hər zaman rədd etmişəm. Sırf yoruculuq baxımından çox serialda çəkilmirəm. Çəkilən əziyyətə də ki dəymir. Həm canın gedir, həm də istədiyin maddiyyatı vermirlər. Ancaq filmlərə çox çəkilirəm. Zarafatla deyirlər ki, Azərbaycanda film çəkmək üçün bir Pərvin Abıyeva lazımdır, bir də üçmərtəbəli villa". 


Xəbərə aid fotolar