Zimbabvenin 93 yaşlı prezidenti istefa vermək istəmir


Dünya 16 Noy 2017 22:41:00 303 0

Zimbabvenin 93 yaşlı prezidenti istefa vermək istəmir

Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe hərbçilərlə danışıqlar zamanı istefa verməkdən imtina edib.

Son.az APA-ya istinadən xəbər verir ki,  bu barədə ölkənin Silahlı Qüvvələrindəki yüksək çinli mənbə bildirib.   "Onlar bu gün görüşüblər. O istefa verməkdən imtina edib. Fikrimcə, o sadəcə vaxt udmaq istəyir", - deyə mənbə bildirib.      Qeyd edək ki, sabiq baş nazir, müxalifət lideri Morqan Tsvanqirai bundan əvvəl R.Muqabenin ölkənin maraqları naminə istefaya getməsinin zəruri olduğunu bəyan edib.     Daha əvvəl mətbuatda prezident R.Muqabenin girov saxlandığı barədə məlumat yayılıb. Həmçinin hərbi hissələrdən zirehli texnikaların paytaxt Harare şəhərinə doğru irəlilədiyi bildirilib. Bəzi məlumatlara görə, onlar dövlət teleradio şirkətinin binasını ələ keçiriblər, şəhərdə partlayışların baş verdiyi bildirilib.