Bu il 47 mindən çox nəfər evləndi, boşananlar da oldu


Digərləri 16 Noy 2017 22:21:00 257 0

Bu il 47 mindən çox nəfər evləndi, boşananlar da oldu

Qeydiyyat şöbələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 47 min 388 nikah və 10 min 977 boşanma halları qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, bundan öncə Azərbaycanda 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah, 9787 boşanma halı qeydə alınmışdı.

Həmin müddətdə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 qeyd olunub.