Ürək xəstələri üçün mobil EKG cihazları


Digərləri 16 Noy 2017 21:50:00 323 0

Ürək xəstələri üçün mobil EKG cihazları

Ürək xəstələri üçün erkən müdaxilə şansı təqdim edən, dəyərləri anlıq olaraq yazıb qarşı tərəfə köçürə bilən mobil EKG cihazı yaranır.

EKG - ürəyin elektrik fəaliyyətini, yəni ürək döyüntülərinin ritmini, tezliyini, yayılmasını və reaksiyanın təkrar yox olmasını yazan bir cihazdır. Ürək sağlamlığı ilə əlaqədar olduqca əhəmiyyətli olan EKG, artıq sadələşdirilərək evlərimizə qədər gələcək.

HƏKİM DƏRHAL XƏBƏR ALACAQ Son.az deyerler.org-a istinadən bildirir ki, bu alət sayəsində xəstənin məlumatlarında bir anormallıq müşahidə edildiyi təqdirdə, bir həyəcan mexanizmi ilə həkim xəbərdar ala biləcək. Bu sayədə ürək xəstələri üçün erkən hərəkətə keçmə kimi, çox əhəmiyyətli bir üstünlük təmin edilmiş olacaq.

KLASSİK CİHAZLARDAN FƏRQİ YOXDUR Mobil EKG cihazının dündaydakı digər klassik EKG cihazları ilə bənzər həssaslıqda işləyib doğru nəticələr əldə etdiyi müəyyən edildi.