Ev tikmək istəyənlər diqqətli olsun


Digərləri 16 Noy 2017 21:03:00 275 0

Ev tikmək istəyənlər diqqətli olsun

Evlər heç bir geoloji araşdırma aparılmadan, naşı ustaların məsləhəti ilə tikilir, bir neçə il sonra isə çatlar və yaxud çökmə əmələ gəlir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət yeni tikilən həyət evlərindən gedir. Son zamanlar həyət evlərində subasma və yaxud bünövrəsi zəif olduquna görə çökmə və çatların artması halları ilə tez-tez rastlaşırıq. Tikinti üzrə mütəxəssis Şirin Şərifovun sözlərinə görə, buna səbəb ev tikilməmişdən əvvəl geoloji işlərin aparılmaması, bünövrənin az qazılmasıdır. Torpaq qatı yumuşaq olan və dərin olmayan bünövrənin üzərində tikilən evlərdə çökmə və çatlar daha çox baş verir. İnsanların fikrinə görə, bu kimi problemlər əsasən "maklerlər" tərəfindən tikilən evlərdə müşahidə edilir. Amma ev alarkən onun bünövrəsinin necə oldugunu yoxlamaq mümkündür. Sürüşmə sahələrində ev tikmək ümumiyətlə tövsiyyə olunmur. Yamaclarda tikilən evlərin bünövrəsi isə daha dərin və geniş olmalıdır. Evin qısa zamanda tikilib təmir edilməsi də məsləhət görülmür. Çünki yeni tikililərdə ilk zamanlar cuzi çökmə baş verir ki, bu da təmir edilmiş evlərdə çatlara səbəb ola bilir.


Xəbərə aid video