Əhalinin banklardakı əmanəti 7 milyard manatı keçdi


Digərləri 16 Noy 2017 15:57:00 281 0

Əhalinin banklardakı əmanəti 7 milyard manatı keçdi

2017-ci il oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 022,2 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əmanətlərin 71,8 faizi xarici, 28,2 faizi isə milli valyutada qoyulub.

Əmanətlərin 5 milyard 598,0 milyon manatı və ya 79,7 faizi özəl banklarda, 1 milyard 424,2 milyon manatı (20,3 faizi) isə dövlət banklarında yerləşdirilib.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 39,0 faiz artıb, xarici valyutada əmanətlər isə 21,1 faiz azalıb.