Evi olmayanlara ŞAD XƏBƏR: güzəştli mənzillərin satışı başlayır


Digərləri 16 Noy 2017 15:24:00 288 0

Evi olmayanlara ŞAD XƏBƏR: güzəştli mənzillərin satışı başlayır

Bu günədək "Güzəştli mənzil" elektron sistemində 7 mindən çox insan qeydiyyatdan keçərək elektron kabinetə sahib olub.

Son.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Aparatının rəhbəri Anar Quliyev bu gün "MİDA"nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin internet səhifəsinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, artıq yaxın aylarda Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin satışına başlanılacaq: "Ümid edirəm ki, vətəndaşlar artıq 2018-ci ilin yay aylarında ilk güzəştli mənzillərə sahib olacaqlar".

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinə hələlik 9 və 12 mərtəbəli olmaqla 29 bina daxildir. Binalarda 1,2,3 otaqlı mənzillər satışa çıxarılacaq.

Ümumilikdə alıcılara 1854 mənzil təqdim.olunacaq.


Xəbərə aid fotolar