Azərbaycanda ən çox bəyənilən aparıcı Sorğu FOTO


Digərləri 16 Noy 2017 15:14:00 323 0

Azərbaycanda ən çox bəyənilən aparıcı  Sorğu  FOTO

Ötən həftənin yadda qalan hadisələrindən biri də Azərbaycanda televiziyanın 61, radionun yaranmasının isə 91 ilinin tamam olmasıydı. Qeyd edək ki, Azərbaycan radiosu fəaliyyətə 1926-cı il noyabrın 6-da başlayıb. Bakı Televiziya Studiyası isə ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir.

Bəs Bakı sakinləri yerli TV kanalları izləyirmi ? Onların sevimli aparıcıları kimlərdir?

Son.az "ACT Azərbaycan"ın Bakıda keçirdiyi sorğunun nəticələrini təqdim edir:

Mövzu ilə bağlı fikri öyrənilmiş 400 respondentin beşdə biri (20%) qəribə olsa da, yerli televiziya kanallarının simalarını tanımadıqlarını bildiriblər. Sualı cavablandırmaqda çətinlik çəkənlər də yetəri qədərdir (18 %).

Bəyənilən TV aparıcılar isə bunlardır :

Zaur Baxşəliyev - 12 %

Zaur Kamal - 5 %