Ölkədə doğulan oğlan uşaqlarının sayı qızların sayını üstələyib STATİSTİKA


Digərləri 16 Noy 2017 14:23:19 361 0

Ölkədə doğulan oğlan uşaqlarının sayı qızların sayını üstələyib  STATİSTİKA

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107 min 459 doğulan körpə qeydə alınıb.

Son.az xəbər verir ki, trend-ə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib.

Məlumata görə, doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub.

Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır.