Müğənninin qızları miras davasına çıxdılar


Digərləri 16 Noy 2017 14:01:00 295 0

Müğənninin qızları miras davasına çıxdılar

Mərhum müğənni Erol Büyükburçun qızlarının miras davası davam edir

Son.az axsam.az-a istinadən bildirir ki, sənətçi vəsiyyətində bütün mirasını qızı Evren Büyükburça qoyub. Bu isə digər nikahından olan qızları Ceyhan və Özlemin etirazına səbəb olub. Mirasdan məhrum olan bacılar vəziyyətnaməyə etiraz ərizəsi yazaraq məhkəməyə baş vurmuş, qanunla mirasın hər üç bacıya çatmalı olduğunu bildirmişdilər.

Məhkəmə Erola aid bütün mal-mülkün siyahısının tutulması və daşınmaz əmlaklarının dəyərinin təsbit olunması haqda qərar çıxararaq prosesi yarımçıq saxlayıb. Xatırladaq ki, Erol Büyükburç 2015-ci ildə təkbaşına yaşadığı evdə ürəktutmasından vəfat edib.