Bakıdan Qarsa gedəcək rahat sərnişin qatarlarının hazırlanması müzakirə olunub FOTO


Digərləri 16 Noy 2017 12:30:00 290 0

Bakıdan Qarsa gedəcək rahat sərnişin qatarlarının hazırlanması müzakirə olunub  FOTO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin "Stadler Rail Group"  şirkətinin prezidenti Peter Şpuler ilə  görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Sonra ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə Bakı-Tbilisi-Qars marşrutu üzrə gələcəkdə hərəkət edəcək sərnişin qatarları üçün "Stadler" şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun hazırlanmasının icra vəziyyəti müzakirə olunub. Onu da qeyd edək ki, həmin vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur.


Xəbərə aid fotolar