İqtisadiyyat Nazirliyi ictimaiyyətin ehtiyaclarını öyrənir


Digərləri 16 Noy 2017 12:05:00 231 0

İqtisadiyyat Nazirliyi ictimaiyyətin ehtiyaclarını öyrənir

İqtisadiyyat Nazirliyi ictimaiyyətin ehtiyaclarının və tələblərinin müəyyən olunması məqsədi ilə KİV nümayəndələri arasında sorğu keçirir.

Bakı. İqtisadiyyat Nazirliyi ictimaiyyətin ehtiyaclarının və tələblərinin müəyyən olunması məqsədi ilə KİV nümayəndələri arasında sorğu keçirir. Bu barədə Trend-ə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bu sorğu “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 11.6-cı bəndinin və iqtisadiyyat nazirinin 12 iyun 2017-ci il tarixli “İstanbul Fəaliyyət Planının 3-cü Monitorinq Raundu çərçivəsində Azərbaycan ilə bağlı qəbul edilmiş hesabatda aidiyyəti tövsiyələrin icrası haqqında” əmri ilə təsdiq edilmiş Tədbirlər Planının 3-cü bəndinə əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən qurumun fəaliyyəti ilə bağlı ictimaiyyətin ehtiyaclarının və tələblərinin müəyyən olunması məqsədi ilə KİV nümayəndələri arasında keçirilir. Sorğunun nəticələrindən yalnız İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə yeni hədəflərin müəyyən olunması üçün istifadə edilməsi nəzərdə tutulur və kənar şəxslər tərəfindən başqa məqsədlər üçün istifadə oluna bilməz. Respondentin adı ________________________________________ Anketin doldurulma tarixi __________________________________ Məsul şəxsin adı və vəzifəsi ________________________________ Əlaqə telefonu ___________________________________________ E-mail___________________________________________________ İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri barədə tam məlumatlısınızmı? ● Tam ● Orta ● Qismən İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumatlısınızmı? Bəli Xeyir Qismən Əgər məlumatlısınızsa, Nazirliyin hansı maarifləndirici tədbirini (və ya tədbirlərini) qeyd edə bilərsiniz və hər hansı birində iştirak etmisinizmi? _________________________________________________________________ Nazirliyin maarifləndirmə tədbirlərinin effektivliyi və əhatəliliyi sizi qane edirmi? Bəli Xeyir Qismən İqtisadiyyat Nazirliyinin rəhbərliyi və təşkilatçılığı ilə fəaliyyət istiqamətləri üzrə keçirilən tədbirlər barədə daha çox hansı mənbələrdən məlumat əldə edirsiniz? Nazirliyin internet səhifəsi KİV Nazirliyin elektron xidmətləri Maarifləndirici vəsaitlər Digər 195-2 Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumatınız varmı? Bəli Xeyir 195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmisinizmi? Bəli Xeyir 195-2 Çağrı Mərkəzinin fəaliyyətini ümumilikdə necə qiymətləndirirsiniz? Yaxşı Pis Qənaətbəxş 195-2 Çağrı Mərkəzinin xidmətlərinin təkmilləşdirilməsi üçün nə təklif edirsiniz? İqtisadiyyat Nazirliyinin hansı fəaliyyət istiqamətləri üzrə daha çox maarifləndirməyə ehtiyac olduğunu düşünürsünüz? Nazirliyin hansı fəaliyyət istiqaməti barədə məlumat almaqda çətinlik çəkirsiniz? Nazirliyin fəaliyyətində şəffaflığı və hesabatlılığı necə qiymətləndirirsiniz? Əla Yaxşı Kafi Pis Sizcə, İqtisadiyyat Nazirliyinin göstərdiyi xidmətlər kifayət qədər elektronlaşdırılıbmı? Bəli Xeyir Qismən Nazirliyin hansı fəaliyyət istiqamətinin genişləndirilməsinə və təkmilləşdirilməsinə ehtiyac vardır? ________________________________________________________________ “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərdən razısınızmı? ● Bəli ● Xeyir ● Qismən Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin