Bakıda yol qəzaları, əsasən, hansı səbəbdən baş verir?


Digərləri 16 Noy 2017 11:06:26 219 0

Bakıda yol qəzaları, əsasən, hansı səbəbdən baş verir?

Bu il yanvarın 1-dən noyabrın 10-dək Bakı şəhəri üzrə 527 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 166 nəfər ölüb, 461 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda, xəsarət dərəcələri yüngülləşib.

Bu barədə Son.az-a Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi paytaxtda hərəkətin intensiv olduğu küçə və prospektlərdə, yol keçidlərində, yol ayırıclarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirib. Bu tədbirlərin nəticəsidir ki, ildən-ilə hadisələrin ümumi indeksində azalma müşahidə olunur: "Paytaxt yollarında hərəkətin təhlükəsizliyinin təmin olunmasında müasir informasiya texnologiyalarının imkanları sayəsində baş verən hər bir hadisə xidmətin müvafiq şöbələrində araşdırılaraq təhlil edilib. Məlum olur ki, hadisələrin baş verməsində ümumi faiz nisbəti üzrə ötmə və manevr qaydalarının pozulması üzrə 23 faiz, sürət həddinin aşılması ilə bağlı 37 faiz, piyadaların avtomobillərlə vurulması ümumi hadisələrdə 67 faiz təşkil edib".