"Azərbaycandakı təkanların İranda baş verən zəlzələ ilə əlaqəsi yoxdur"


Digərləri 16 Noy 2017 10:10:23 197 0

"Azərbaycandakı təkanların İranda baş verən zəlzələ ilə əlaqəsi yoxdur"

Azərbaycanda - Ağdam və Bərdə rayonlarında zəlzələnin baş verməsini İranda baş verən zəlzələdən sonra bölgədə seysmolji durumun aktivləşməsi ilə izah etmək olmaz.

Son.az xəbər verir ki, bunu Trend-ə AMEA Respublika Seysmoloj Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Azərbaycanda baş verən zəlzələnin İranda baş vermiş zəlzələ ilə heç bir əlaqəsi yoxdur: "İranda baş vermiş zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarını oyatmayıb".

Q.Yetirmişli qeyd edib ki, bu ilin əvvəlindən Azərbaycanda 4000-dən çox təkan qeydə alınıb: "Zəlzələlərin 20-dən çoxu hiss edilən olub. Onların arasında 3-4 bal gücündə, eləcə də 5 bal gücündə olanlar da olub".

Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.