"Dünyanın xilaskarı" 400 milyon dollara satıldı


Digərləri 16 Noy 2017 08:56:00 252 0

"Dünyanın xilaskarı" 400 milyon dollara satıldı

Sənət əsəri təqribən 1500-cü ildə çəkilib

İtaliyalı rəssam Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsəri Nyu-Yorkda keçirilən "Christie's" hərracında rekord məbləğə - 400 milyon dollara satılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə məlumat hərrac evinin saytına yerləşdirilib. "Dünyanın xilaskarı" əsərində göy paltarda İsa peyğəmbər (ə) təsvir edilib. O, sol əlində kürə şəklində şüşə şar tutub, digər əlini isə xeyir-dua üçün qaldırıb. .