İtaliyanın milli himni rəsmi status aldı


Digərləri 16 Noy 2017 08:43:00 356 0

İtaliyanın milli himni rəsmi status aldı

İtaliyanın milli himni olan "İtaliya qardaşları" 71 ildən sonra ölkənin rəsmi himni statusunu alıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar 15 noyabr tarixində İtaliya Senatının konstitusiya işləri üzrə komissiyası tərəfindən qəbul edilib. Daha öncə bu himn bütün tədbirlərdə səslənsə də, rəsmi statusa malik deyildi.

1946-cı ildə İtaliyanın Nazirlər Şurası Alçide de Qasperinin sədrliyi ilə "İtaliya qardaşları" kompozisiyanın ölkənin rəsmi himni kimi müvəqqəti istifadə edilməsi barədə fərman imzalamışdı. O vaxtdan himnin statusu dəyişməmişdi.