Olimpiada2020 üçün robot köməkçiləri sınanır


Digərləri 16 Noy 2017 08:21:00 387 0

Olimpiada2020 üçün robot köməkçiləri sınanır

Yaponiyada Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında istifadəsi planlaşdırılan robot köməkçilərin sınaqlarına başlanılıb.   "ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, müstəqil aparatların sınaq quraşdırma işləri noyabrın 13-nə nəzərdə tutulur. Eksperimentdə iştirak üçün Yaponiyanın 5 aparıcı texnoloji şirkəti tərəfindən təqdim edilən 5 robot seçilib.   Məlumata görə, robotların başlıca vəzifəsi ilk növbədə xarici turistlərə yardım göstərməkdən ibarətdir. Onların hamısı dörd - yapon, ingilis, Çin və Koreya dilində "başa düşür" və "danışır". Hökumət ümid edir ki, olimpiada və paraolimpiadada robot köməkçilərdən istifadə bütün dünyaya yüksəksəviyyəli yapon texnologiyasının nümayişi üçün gözəl fürsət olacaq.   Yapon texnologiyalarının populyarlaşdırılması məqsədilə hökumət, həmçinin 2020-ci ildə Ümumdünya Robotlar Sammiti keçirməklə bağlı qərar qəbul edib. Tədbirdə robotlar dəqiqlik, sürət və iş keyfiyyətinə görə yarışacaqlar.   XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.