Üçoğlan kəndində zəlzələ nəticəsində dağılmış evə baxıldı


Digərləri 16 Noy 2017 08:13:00 269 0

Üçoğlan kəndində zəlzələ nəticəsində dağılmış evə baxıldı

Ağdam rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası rayonun Üçoğlan kəndində zəlzələ nəticəsində uçan evə baxış keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 1980-ci ildə inşa edilən, Səfərova Zəhra Göyüş qızına məxsus evin bir hissəsi yararsız vəziyyətə düşüb. Komissiya hadisə barədə akt tərtib edib.

Evdə yaşayan ailə müvəqqəti olaraq həmin kənddə olan qohumlarının evinə yerləşdirilib.