Üçoğlan kəndində zəlzələ nəticəsində dağılmış evə baxış keçirilib


Digərləri 16 Noy 2017 02:09:14 258 0

Üçoğlan kəndində zəlzələ nəticəsində dağılmış evə baxış keçirilib

Ağdam rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası rayonun Üçoğlan kəndində zəlzələ nəticəsində uçan evə baxış keçirib.

Bakı. Samir Əli - Ağdam rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası rayonun Üçoğlan kəndində zəlzələ nəticəsində uçan evə baxış keçirib. Rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, 1980-ci ildə inşa edilən, Səfərova Zəhra Göyüş qızına məxsus evin bir hissəsi yararsız vəziyyətə düşüb. Komissiya hadisə barədə akt tərtib edib. Evdə yaşayan ailə müvəqqəti olaraq həmin kənddə olan qohumlarının evinə yerləşdirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin