Pnevmoniya zamanı ən sadə reseptlər


Digərləri 15 Noy 2017 23:39:00 279 0

Pnevmoniya zamanı ən sadə reseptlər

Pnevmoniya ağciyərin iltihabi xəstəliyi olub, əsasən bakteriya, göbələk və viruslar vasitəsilə yaranır. Onu hava ilə ağciyərə düşmüş kimyəvi maddələr də törədə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, pnevmoniya uzun müddət davam edən xəstəliklərin, daha çox immun çatışmazlığı və onkoloji xəstəliklərin fəsadı kimi də üzə çıxır. Xəstəlik ağciyər toxumasının bir və ya bir neçə hissəsini tutur. Pnevmoniya zamanı alveol və tənəffüs yollarında maye və digər selikli ifrazatlar toplanaraq həmin nahiyədə qan dövranı durğunluğuna, ağciyər toxumasının sərtləşməsinə, bununla da qazlar mübadiləsinin pisləşməsinə səbəb olur. Xəstədə hərəkət, halsızlıq, öskürək, tənəffüs çətinləşməsi, həyəcan hissi, yorğunluq, döş qəfəsində ağrı müşahidə edilir.

Həkim məsləhəti və nəzarəti altında aşağıdakı xalq təbabəti prosedurlarından istifadə etmək olar.

Kürək və sinə nahiyəsinə bitki yağı çəkilir. Sarımsaq əzilir və 15-20 dəqiqə həmin nahiyələrə yaxılır.

Turpun orta hissəsində dəlik açılaraq 2 xörək qaşığı bal əlavə edilir, turpun üzəri isə kəsilmiş hissəsi ilə örtülür. Bundan sonra turplar qaba yığılaraq 3 saat saxlanılır. Alınan şirə gündə bir neçə dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.

Soğan şirəsi ilə bal bərabər nisbətdə qarışdırılaraq gündə 3-4 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl 1 çay qaşığı içilir.