Sabahdan payız tətili başlayır: Məktəblilər vaxtlarını harada daha səmərəli keçirə bilərlər? VİDEO


Digərləri 15 Noy 2017 23:30:00 313 0

Sabahdan payız tətili başlayır: Məktəblilər vaxtlarını harada daha səmərəli keçirə bilərlər?  VİDEO

Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində payız tətili başlayır.

Tətildə uşaqları əyləndirmək və vaxtını səmərəli keçirməsini təmin etmək lazımdır.

Son.az bildirir ki, məktəblilərə görə payız tətili özü-özlüyündə bir əyləncədir. Lakin valideyinlər bu əyləncəni övladları üçün daha maraqlı və rəngarəng edə bilərlər. Bəs həm bilik və bacarıqlara yiyələnmək sarıdan faydalı, həm də əyləncəli bir tətili necə təşkil etmək olar?

İlk növbədə onları teatrlara aparmaq olar. Yaxşı olar ki, 10 yaşadək olan uşaqları Kukla, daha böyükləri isə Dram, və Gənc Tamaşaçılar teatrlarına aparasınız. Bilet almazdan əvvəl proqramın yaş məhdudiyyəti haqqında maraqlanmaq tövsiyə olunur.

Sabahdan Bakı Dövlət Sirki məktəblilərin payız tətililə bağlı xüsusi proqramla çıxış edəcək.

Sabah və birisigün günorta saat 12-də, 3-də, noyabr ayının 18-də isə axşam saat 7-də də proqram təşkil olunacaq. Canlı təbiəti dərk etmək baxımından zoopark da uğurlu seçimlərdən hesab olunur.