İsrail “Facebook” və “Google”a vergi tətbiq edəcək


Dünya 15 Noy 2017 20:48:00 283 0

İsrail “Facebook” və “Google”a vergi tətbiq edəcək

İsrail bu il ərzində "Google" və "Facebook" şirkətlərinə vergi hesabı göndərməyi planlaşdırır.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə "The Marker" maliyyə qəzeti məlumat yayıb.

İsrailin vergi orqanının rəhbəri Moşe Aşer bildirib ki, vergi hesablarının hazırlanması üçün işlərə başlanılıb: "Hazırda qurum necə hesab aparılması üzərində çalışır. Şirkətlərin İsrail müştərilərindən əldə etdiyi mənfəətin neçə faizinin ölkəyə vergi olaraq ödənilməsi barədə qərar veriləcək".

M.Aşer bildirib ki, vergi şirkətin İsraildəki əməliyyatlarına görə ödənilə bilər.