Borcunu ödəməyən müğənninin əşyaları müsadirə olundu


Digərləri 15 Noy 2017 19:30:00 246 0

Borcunu ödəməyən müğənninin əşyaları müsadirə olundu

Müğənni Songül Karlının evinə məhkəmə qərarı ilə əşyalarının müsadirə olunması üçün heyət göndərilib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, polisləri qarşısında görən ifaçı şoka düşüb. Bu yaxınlarda avtomobil alan, lakin pulunu ödəməyən Songül xəbərdarlıqlara baxmayaraq, borcunu vaxtında ödəməyib.

Belə olan halda Karlının əşyalarının müsadirəsinə qərar verilib. Songülün qab-qacağınadək bütün əşyaları müsadirə olunub.