"Hava qaralan vaxt hasardan tullanmışam"


Digərləri 15 Noy 2017 18:18:00 320 0

"Hava qaralan vaxt hasardan tullanmışam"

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində silsilə mənzil oğurluqları törədən şəxs saxlanılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, oktyabrın 23-dən noyabrın 10-dək olan müddətdə rayon ərazisindəki 6 evdən pul, qızıl, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xəyyam Şahbazov tutulub.

Xəyyam Şahbazov (saxlanılan şəxs): "Hava qaralan vaxt gəzmişəm. Hasardan tullanmışam. Elə olub ki, 1500 manat pul, telefon, qızıl və s götürmüşəm. Qızılları Sumqayıtda satmışam".


Xəbərə aid fotolar