Bakının mərkəzində qorxunc qəza: Sürücü məktəbli qızı maşınla əzib qaçdı FOTO


Digərləri 15 Noy 2017 17:58:00 321 0

Bakının mərkəzində qorxunc qəza: Sürücü məktəbli qızı maşınla əzib qaçdı  FOTO

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının yaxınlığında məktəblinin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Son.az azxeber.com-a istinadla xəbər verir ki, hadisə günorta saatlarında yaşanıb. Yüksək sürətlə hərəkətdə olan avtomobil yolu keçmək istəyən məktəblini vurub. Hadisə nəticəsində azyaşlı qız xəsarətlər alıb.

Hadisə yerinə təəcili tibbi yardım maşını cəlb edilsə də, yaralıya vətəndaşlar tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra o xəstəxanaya qaldırılıb.


Xəbərə aid fotolar