İranda zəlzələ qurbanlarının sayı 474 nəfər oldu


Dünya 15 Noy 2017 16:38:00 212 0

İranda zəlzələ qurbanlarının sayı 474 nəfər oldu

İranın İraqla sərhədində baş vermiş zəlzələ qurbanlarının sayı artmaqda davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, yerli "Tasnim" agentliyi son rəqəm olaraq ölənlərin sayını 474 nəfər qeyd edib. Yaralıların sayı isə 9388 nəfər göstərilib.

Qeyd edək ki, İranın İraqla sərhədində noyabrın 12-də 7,2 bal gücündə zəlzələ baş verib.