Selena Qomeslə Castin Biber barışdılar? FOTO


Digərləri 15 Noy 2017 16:09:00 257 0

Selena Qomeslə Castin Biber barışdılar?  FOTO

Məşhur amerikalı aktrisa və müğənni Selena Qomes sabiq sevgilisi, populyar kanadalı müğənni Castin Biberlə deyəsən, münasibətlərini bərpa edir.

Son.az People-a istinadən bildirir ki, 25 yaşlı Selena ilə 23 yaşlı Castin romantik gəzintidə olarkən pərəstişkarlarından birinin "hədəf"inə çevriliblər.

Müğənniləri görən fanat "Castin!" qışqırıb. Səsə Selena Qomeslə Castin Biber dönəndə fanat onların fotosunu çəkib.

S.Qomes və C.Biber bu dəfə münasibətlərini mediaya qapalı saxlamaq istəyirlər.

Onlar barışmaq ərəfəsindədir.


Xəbərə aid fotolar