Peşə təhsili müəssisələrinə lisenziyaların müddətsiz verilməsi məqsədəuyğun hesab edilib


Digərləri 15 Noy 2017 15:34:00 175 0

Peşə təhsili müəssisələrinə lisenziyaların müddətsiz verilməsi məqsədəuyğun hesab edilib

Biz peşə təhsili müəssisələrinə lisenziyaların birdəfəlik, müddətsiz verilməsini məqsədəuyğun hesab etmişik

Bakı. İlhamə İsabalayeva - “Biz peşə təhsili müəssisələrinə lisenziyaların birdəfəlik, müddətsiz verilməsini məqsədəuyğun hesab etmişik”. Trend-in məlumatına görə, bunu bu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Peşə təhsili haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, artıq bir ildən çoxdur ki, "Peşə təhsili haqqında” qanun layihəsi hazırlanır: “Peşə təhsili sanki təhsil sektorundan çıxmışdı. Artıq yeni islahatlarla bu sahə yenidən inkişaf etməyə başlayır. Biz ölkəmizdə peşə təhsili üzrə real vəziyyətin monitorinqini keçirmişdik. Monitorinqlər bizə reallığı düzgün qiymətləndirməyə imkan verir. Reallıq da odur ki, bu sahə sürətlə yenilənməli, fəaliyyəti yeni dövrün standartlarına uyğunlaşdırılmalıdır. Layihə hazırlanarkən xarici ölkələrin bu sahə üzrə təcrübələri də nəzərə alınıb”. İ.Həbibbəyli bildirib ki, layihə 5 fəsil, 26 maddədən ibarətdir: “Biz ilk dəfə olaraq, peşə təhsil sisteminin təhsil sistemindəki yerini müəyyənləşdirmişik. Biz peşə təhsil ilə orta ixtisas təhsilinin inteqrasiyasını əsas götürürük. Peşə məktəbi sadəcə usta, kiçik mühəndis hazırlamır, həm də vətəndaş hazırlayır. Onun hazırladığı mütəxəssisin texniki, iqtisadi biliklərinin vacibdir. Amma bununla belə, onun milli dəyərlərimizə sahib çıxması, dövlətçilik ənənələrini gözləməsi də vacibdir”. Deputat bildirib ki, peşə təhsili müəssisələrinə dövlət dəstəyinin verilməsini məqsədəuyğun sayıblar. Onun sözlərinə görə, “Peşə təhsili haqqında” qanun layihəsinə əsasən, dövlətin peşə təhsili müəssisələri və onların müdavimlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün xüsusi imtiyazlar vermək, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ vermək, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük vermək, dövlət təhsil müəssisələrində təhsilalanları xüsusi iş geyim formaları ilə təmin etmək kimi vəzifəsi var. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin