Azərbaycanda bağlanan ən irihəcmli əqdlər açıqlandı


Digərləri 15 Noy 2017 15:04:00 187 0

Azərbaycanda bağlanan ən irihəcmli əqdlər açıqlandı

"Deloitte" şirkəti son 15 il ərzində Azərbaycanda bağlanan ən irihəcmli əqdləri açıqlayıb.

Son.az xəbər verir ki, şirkətdən APA-ya verilən məlumata görə, ilk yerdə "Devon Energy Corporation" ilə "BP Plc", "Chevron Corporation", "Itochu Corporation", "INPEX Sothern Caspian Sea Ltd." arasında "Azəri-Çıraq-Günəşli" layihəsində 5,63%-lik payın alınmasına dair bağlanan əqd dayanır. 2010-cu ilin avqustun 16-da əqdin məbləği 3,416 mlrd. dollar təşkil edir.   İkinci yerdəki əqdin məbləği 2,250 mlrd. dollardır. Belə ki, məhz bu məbləğə "Petronas Gas Berhad" şirkəti "Statoil ASA"-dan "Şahdəniz" və "Cənub Qafqaz Bor Kəməri" layihələrində (hər ikisindən) 15,5% səhm alıb. Əqd 2015-ci ilin aprelin 30-da bağlanıb.   2014-cü ilin dekabrın 31-də "Turkish Petroleum Corporation" "Şahdəniz" və "Cənub Qafqaz Bor Kəməri" layihələrindəki 10%-lik səhm paketinə yiyələnmək üçün "Total S.A."-ya 1,500 dollar ödəyib. Beləliklə, bu, son 15 il ərzində Azərbaycanda bağlanan üçüncü ən irihəcmli əqddir.

Dördüncü yerdə "BP Plc" və SOCAR ilə "Statoil ASA" arasında bağlanan əqd yer alıb. Belə ki, 2014-cü ilin mayın 6-da Norveç nəhəngi "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri" layihələrindəki 10%-lik payı "BP Plc" və SOCAR-a 1,450 mlrd. dollara satıb.   İlki beşliyi "Lukoil" ASC ilə "INPEX Sothern Caspian Sea Ltd." arasında "Azəri-Çıraq-Günəşli" layihəsində 10%-lik payın alqı-satqısına dair bağlanan əqd qapayır. 2003-cü ilin aprelin 28-də Rusiya nəhəngi bu əqdə görə 1,354 mlrd. dollarından keçib.   2013-cü ilin martın 28-də "Azəri-Çıraq-Günəşli" layihəsinin 2,72%, Bakı-Tbilisi-Ceyhan layihəsinin isə 2,36%-lik səhm paketi "ONGC Videsh Ltd." şirkətinin nəzarətinə keçib. "ONGC Videsh Ltd." bu əqdə görə "Hess Corporation"a 1 mlrd. dollar ödəyib.