Fədayənin bacısı: "Anam az qala əlimizdən getmişdi"


Şou-biznes 15 Noy 2017 14:53:00 260 0

Fədayənin bacısı: "Anam az qala əlimizdən getmişdi"

Hazırda həbsdə olan müğənni Fədayə Laçının bacısı İlahə Fəda baş verən hadisələrə münasibət bildirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Zaur Baxşəliyevin "Bizimləsən" verilişinə zəng edərək bacısının həbsi ilə bağlı sualları cavablandırıb. O bildirib ki, hazırda istintaq gedir:

"Bacımın vəziyyətini bilirisiniz. İstintaq gedir. Günahı varsa, cəzasını çəkəcək, günahı yoxdursa, oradan çıxacaq. Başımıza heç vaxt belə iş gəlməmişdi".

İ.Fəda Fədayənin bir neçə gün əvvəl yayılan ölüm xəbərinə əsəbiləşdiyini deyib:

"Anam az qala əlimizdən getmişdi. Allah belə bir olayı heç kimin başına gətirməsin. Həmin gecəni biz necə keçirdik Allah bilir. Bilirəm ki, bacım o qədər zəif insan deyil. Zəif qəlbi olanın o boyda sənəti ola bilər? Deyirlər, ürək çatışmazlığından dünyasını dəyişib. Onun özü boyda ürəyi var. Fədayənin həbs olunması xəbərindən bəzi saytlar pul qazanırlar, reytinq yığırlar. Fədayəni reklam edirlər.