Milyarderin qızı 5 milyonluq dolabını göstərdi VİDEO FOTO


Digərləri 15 Noy 2017 14:55:00 231 0

Milyarderin qızı 5 milyonluq dolabını göstərdi  VİDEO  FOTO

Beynəlxalq "Formula-1" avtoçempionatının sabiq sahibi, multimilyarder Berni Ekklstounun qızı Tamara Ekklstoun varidatı, cah-cəlalı, lüks həyatı ilə qürrələnir.

Son.az TMZ-yə istinadən bildirir ki, 33 yaşlı T.Ekklstounun 5 milyon funt-sterlinq dəyərindəki qarderobundakı ayaqqabıların, alt paltarlarının fotolarını onun stilisti Lüsi Pekhem İnstagram-dakı profilində paylaşıb.

Tamaranın superlüks apartamentindəki qarderobunda 37 cüt "Chanel" espadrilləri,  "Victoria's Secret" istehsalı olan 81 pijama, 72 dəst alt paltarı var.

Tamara Ekklstounun Londondakı 70 milyon funt-sterlinqlik evindəki qarderobu iki böyük otaqdan ibarətdir.


Xəbərə aid fotolar