Məktəblərdə vakansiya seçimi başladı


Digərləri 15 Noy 2017 14:18:00 350 0

Məktəblərdə vakansiya seçimi başladı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya mərhələsinə start verilib.

İdarədən son.az-a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər noyabrın 16-sı saat 23:59:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. 1 namizədə 5 yer seçmək hüququ verilir. Müvafiq vakansiya 2 və daha artıq namizəd tərəfindən seçilərsə, həmin yer üzrə ən yüksək bal toplamış şəxs müsahibə mərhələsinə buraxılacaq.