İrem Derici: "Selfi çəkdim, saqqalım da düşdü"


Digərləri 15 Noy 2017 14:09:00 424 0

İrem Derici: "Selfi çəkdim, saqqalım da düşdü"

"O Ses Türkiyə" müsabiqəsinə qatılsa da, qalib olmayan, sonradan "Kalbimin tek sahibine" mahnısı ilə şöhrət qazanan müğənni İrem Derici yenə gündəmə gəlib.

Son.az haberler-ə istinadla xəbər verir ki, hər zaman yersiz ifadələri ilə diqqət çəkən müğənni radio verilişlərin birinə qonaq olub.

İrem Derici xəstəxanada olduğu müddətdə telefon istifadə edilməsinə icazə verilmədiyinə görə tibb bacılarının telefonlarını oğurlamaq istədiyini söyləyib.

İrem sosial şəbəkədə tez-tez paylaşdığı fotolar barədə də açıqlama verib. O bildirib ki, işıqlı havada selfi çəkəndə üzündəki tüklər də düşür.