Deloitte Azərbaycan: Respondentlərin 79 %-i biznes perspektivlərini müsbət qiymətləndirib


Digərləri 15 Noy 2017 14:08:00 283 0

Deloitte Azərbaycan: Respondentlərin 79 %-i biznes perspektivlərini müsbət qiymətləndirib

Deloitte Azərbaycan “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən yeni nəşrini təqdim edir.

Deloitte Azərbaycan “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən yeni nəşrini təqdim edir. Nəşrdə Deloitte son 15 ildə Azərbaycan iqtisadiyyatında müşahidə edilən əsas tendensiyalara toxunub. Eyni zamanda, 2017-ci ilin avqust-sentyabr ayları ərzində öncül Azərbaycan şirkətlərinin rəhbərləri arasında apardığı sorğunun nəticələrini təqdim edib. Sorğu nəticəsində gəlinən ən diqqətçəkən qənaətlərdən biri - sorğu iştirakçılarının böyük əksəriyyətinin ölkənin biznes konyunkturasının gələcəyinə dair optimist baxışın mövcudluğudur. Respondentlərin 79 %-i öz şirkətlərinin qısamüddətli biznes perspektivlərini müsbət qiymətləndirib.