Transxəzər Nəqliyyat Marşrutu ilə yükdaşımanın həcmi açıqlandı


Digərləri 15 Noy 2017 13:24:00 281 0

Transxəzər Nəqliyyat Marşrutu ilə yükdaşımanın həcmi açıqlandı

"2018-ci ildə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə ən azı 3 milyon ton yük daşınması planlaşdırılır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (BTNM BA HŞB) ümumi yığıncağında "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin prezidenti, Assosiasiyanın sədri Kanat Alpısbayev deyib.

O bildirib ki, cari ilin yekunu üzrə bu göstəricinin ən azı 1,3 milyon ton olacağı gözlənilir.